Urmu-İstanbul uçuş xətti açılıb Güney Azərbaycan

Urmu-İstanbul uçuş xətti açılıb

"Caspian Airlines" tərəfindən Urmu-İstanbul reysi fəaliyyətə başlayıb və onun ilk uçuşu mayın 4-də baş tutacaq.

Gunaz.tv

Bu barədə Qərbi Azərbaycan Hava Limanlarının Baş direktoru məlumat verib.

Elan olunmuş cədvələ əsasən, bu reyslər hər bazar və çərşənbə günləri saat 16:30-da İstanbuldan Urmu Bakiri Beynəlxalq Hava Limanına çatacaq və Urmu Hava Limanından eyni gün saat 18:00-da İstanbula yola düşəcək.

Qeyd edək ki, Urmu Hava Limanı Türkiyəyə ən yaxın hava limanı olsa da illərdir Urmudan Türkiyəyə uçuşların həyata keçirilməsi müxtəlif səbəblərdən ləngiyirdi.