Təbriz şəhərində imamcümə həbs edilib.
APA-nın HRANA-ya istinadən verdiyi məlumata görə, Mamusta Əbdülsalam Gülnəvaz iyulun 26-da Təbriz Xüsusi Ruhanilər Məhkəməsi tərəfindən dindirilib. İmamcümə bir neçə saatdan sonra məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, M.Ə.Gülnəvaz Sərdəşt şəhərinin imamcüməsidir və sünni məzhəbinə məxsusdur. Ancaq ona nə qədər iş verildiyi barədə məlumat verilməyib.