İran Bakı və Ankaraya dil uzatdı - ABŞ-dan reaksiya
1 Yanvar 23:01
Ölkədə hökm sürən inflyasiya, gündəlik məişət problemləri, ictimai-iqtisadi çatışmamazlıqlar və uşaqların az yaşlarından ağır işlərə cəlb olunması onların təhsildən məhrum olmaları ilə nəticələnir.
İranda ötən təhsil ilində məktəblilərin 6-cı sinifdən sonra ən çox təhsili tərk etdikləri əyalətlərin adı bəlli olub. Bunlar, Sistan Bəluçistan, Xorasan-i Rəzəvi, Xuzistan, Qərbi Azərbaycan və Kirmən əyalətləridir.
Təbrizin "azaranjoman" xəbər saytının verdiyi bilgiyə görə, bu əyalətlər 9-cu sinifdən sonra təhsili tərk etməyə məcbur olan məktəblilərin sayına görədə ölkədə ilk beş yeri tuturlar.
Bundan öncə Qərbi Azərbaycan əyalətinin Təhsil İdarəsinin keçmiş rəisi İbrahim Məhəmmədi məktəblilərin təhsildən uzaqlaşmalarının əsas səbəbinin yoxsulluq olduğunu demişdi.
Qeyd edək ki, bununla yanaşı Qərbi Azərbaycan ölkədə adam başına hesablanan təhsil yerlərinə görə ən sonuncu yerlıərdən birini, 29-cu yeri tutur. Mövcud olan məktəblərin bir çoxu isə köhnə, istifadəyə yararsızdır.
Rəsmi hesabatlara görə, əyalət məktəblərinin ən azı 30 faizi köhnə və istifadəyə yararsız kimi dəyərləndirilib. Təhsil nazirliyinin məsulları isə məktəblərin yenidən qurulması üçün vəsaitlkərinin olmadığını bildirirlər.
Son bilgilərə görə hal-hazırda əyalətdə 419 kaneks məktəb fəaliyyət göstərir. Məktəblilərin 30 faizinin internet çıxışı və onlain təhsil üçün texniki avadanlıqları yoxdur.
Gunaz.tv