İranda Həsən Ruhani prezident postunu tutduqdan sonra azərbaycanlı milli-mədəni fəallara qarşı təzyiqlər geniş vüsət alıb.
Məlumata görə, Azərbaycan türk millətinin milli-mədəni hüquqlarının təmini uğrunda dinc fəaliyyət göstərən fəal məhkəməyə çağırılıb.
Çağırışa əsasən Muğan sakini Əli Əhmədi fevralın 3-də Parsabad məhkəməsinin 2-ci şöbəsinə müraciət etməlidir. Məlumata görə, buna səbəb onun keçən qış fəslində Savalan zirvəsinə toplaşmaq üçün çağırış etməsi olub.
Ə.Əhmədi keçən il Meşginşəhr-Qaynarca caddəsində Savalan zirvəsinə gedərkən bir neçə başqa milli-mədəni fəalla birlikdə tutuqlanıb və polis məmurları tərəfindən döyülüb. Məlumata görə, adını çəkdiyimiz gənc fəalın dosyesinə Meşginşəhr prokurorluğunda baxılmalı idi, lakin təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində onun dosyesi Parsabadın inqilab məhkəməsinə intiqal edilib.