"Barselona" Levandovski ilə 4 illik müqavilə imzalayacaq İdman

"Barselona" Levandovski ilə 4 illik müqavilə imzalayacaq

İspaniyanın "Barselona" futbol klubu polşalı hücumçu Robert Levandovski ilə 4 illik müqavilə imzalayacaq.

Bu barədə "Barselona"nın mətbuat xidməti xəbər verib.

Məlumata əsasən, R.Levandovskinin Almaniyanın "Bavariya" komandasından transferinin məbləği 45 milyon avro və bonus olaraq 5 milyon avro təşkil edib.
Qeyd edək ki, hücumçunun transferi iyulun 16-da açıqlanıb.