"Qarabağ"ın UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsindəki rəqibi bəlli olub İdman

"Qarabağ"ın UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsindəki rəqibi bəlli olub

Ağdamın “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Slovakiya çempionu “Slovan”ı (Bratislava) mübarizədən kənarlaşdıran Macarıstanın “Ferentsvaroş” klubu Ağdam təmsilçisinə rəqib olub.

İlk oyunda doğma meydanda "Slovan"a 1:2 hesabı ilə məğlub olan “Ferentsvaroş” səfər matçında rəqibinə 4:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, Bakıda İsveçrə "Sürix"ini 3:2 hesabı ilə məğlub edən "Qarabağ" səfərdə rəqibi ilə heç-heçə edib (2:2) və mərhələ adlayıb.