![Etibarlı əməkdaşlıq əlaqələrinin göstəricisi](https://xalqcebhesi.az/media/2024/07/06/225x136/1a83cd95-bc0e-401f-a869-fd09aaf2d7e5.jpg)
Etibarlı əməkdaşlıq əlaqələrinin göstəricisi
6 İyul 14:55
Futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində İspaniya və Gürcüstan milli komandaları üz-üzə gəlib.
APA xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşmada ispanlar rəqiblərini böyük hesabla məğlub ediblər – 4:1.
Oyunun 18-ci dəqiqəsində ispaniyalı Roben Le Norman topu öz qapısına göndərib.
Qarşılaşmanın 39-cu dəqiqəsində Rodri hesaba tarazlıq gətirib.
Matçın 51-ci dəqiqəsində Fabian Ruiz komandasını hesabda önə çıxarıb.
Niko Uilyams 75-ci dəqiqədə fərqlənərək ispanların üstünlüyünü bir az da artırıb.
Oyunda son nöqtəni 83-cü dəqiqədə Dani Olmo qoyub.
Bununla da İspaniya milli komandası Avropa çempionatının ¼ final mərhələsinə yüksəlib.