Paris-2024: Azərbaycan güləşçisi olimpiadaya qələbə ilə başlayıb İdman

Paris-2024: Azərbaycan güləşçisi olimpiadaya qələbə ilə başlayıb

Paris Yay Olimpiya Oyunlarında sərbəst güləş yarışları davam edir.

Apasport.az xəbər verir ki, bu gün daha bir təmsilçimiz mübarizəyə qoşulub.

86 kq çəki dərəcəsində çıxış edən Osman Nurmaqomedov ilk yarışını Monqolustan təmsilçisi Bat Erden Byambasurenə qarşı keçirib.

Rəqibini məğlub edən təmsilçimiz 1/4 finala vəsiqə qazanıb.