ABŞ Rusiya və Çin maşınlarını qadağan etdi
14 Yanvar 23:35
14 Yanvar 23:35
14 Yanvar 22:17
14 Yanvar 22:16
14 Yanvar 21:12
"Fənərbağça"nın milli futbolçusu Ferdi Kadıoğluna taliblərin sayı artır. İngiltərə klubları komandanın qapısını döyür.
Xalqcəbhəsi.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Premyer Liqa komandaları "Brighton" və "Mançester Yunayted" "Fənərbaxça" və AVRO 2024-də diqqət çəkən Ferdi Kadıoğlu uğrunda mübarizə aparır.
Hələlik Brighton ən yaxşı təklifi verən komandadır.
Brighton-un təklifi 32 milyon avro transfer haqqı və 3 milyon avro bonus daxil olmaqla 35 milyon avrodur.
Brighton Fənərbaxça ilə danışıqlarını davam etdirərkən, Mançester Yunayted də işə qarışdı.
İngiltərə rəsmiləri ulduz futbolçunun nümayəndəsi ilə görüşüb və Fənərbaxça ilə razılıq əldə olunarsa, onlardan hansı müqavilə şərtlərini tələb edəcəyini soruşub.
Ferdi Kadıoğlu ötən mövsüm "Fənərbağça"da 51 matçda forma geyinib.
Gənc futbolçu bu matçlarda 3 qol və 5 məhsuldar ötürmə ilə çıxış edib.
Müqaviləsi 2026-cı ildə bitəcək Ferdinin hazırkı bazar dəyəri 30 milyon avrodur.