Paris-2024: Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilib İdman

Paris-2024: Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilib

Fransanın paytaxtı Parisdə Yay Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilib.

Tədbirdə Azərbaycan bayrağını Paralimpiya çempionlarımız Səid Nəcəfzadə və Lamiyə Vəliyeva daşıyıb.

Ölkəmiz turnirdə 7 növdə 18 idmançı ilə təmsil olunub. Yığmamız Paris-2024 Yay Paralimpiya Oyunlarını 11 medalla (4 qızıl, 2 gümüş və 5 bürünc) başa vurub. Azərbaycan 169 ölkə arasında 28-ci yeri tutub.