DÇ-2026-nın seçmə mərhələsi: Argentina və Braziliya məğlub olub İdman

DÇ-2026-nın seçmə mərhələsi: Argentina və Braziliya məğlub olub

DÇ-2026-nın seçmə mərhələsinin növbəti matçları keçirilib.

Apasport.az xəbər verir ki, son dünya çempionu Argentina məğlub olub.

Lionel Skaloninin yetirmələri səfərdə Kolumbiya ilə qarşılaşıb. Görüş meydan sahiblərinin qələbəsi ilə nəticələnib - 2:1.

Cənubi Amerikanın daha bir nəhəngi Braziliya millisi Paraqvayla üz-üzə gəlib. "Sambaçılar" oyundan minimalhesablı məğlubiyyətlə ayrılıb - 0:1.

Bu gün baş tutan digər matçlarda Boliviya Çilini (2:1), Ekvador Perunu (1:0) üstələyib. Venezuela Uruqvay matçında isə hesab açılmayıb - 0:0.

Qeyd edək ki, Argentina 8 oyundan sonra 18 xalla liderdir. Beşqat dünya çempionu Braziliya isə 10 xalla beşinci pillədə qərarlaşıb.