“Fənərbaxça”da Mourinyonu sevindirən hadisə İdman

“Fənərbaxça”da Mourinyonu sevindirən hadisə

"Fənərbaxça" 15 Sentyabr Bazar günü Trendyol Super Liqasının 5-ci həftəsində səfərdə Kasımpaşa ilə qarşılaşacağı matçın hazırlıqlarını səhər məşqi ilə davam etdirib.
Baş məşqçi Joze Mourinyonun rəhbərliyi altında keçirilən qapalı məşqdən sonra oyunçular meydançaya çıxıb, sürətlilik və koordinasiya hərəkətlərindən sonra ötürmə məşqləri ediblər. Təlim taktiki və fərdi tapşırıqlarla yekunlaşıb. "Fənərbağça"nın futbolçusu Sofyan Amrabat isə komanda ilə ilk məşqinə çıxıb. Kasımpaşa matçında Amrabatın 45 dəqiqə meydanda qalacağı gözlənilir.
Kmanda sabah keçirəcəkləri məşqlə hazırlıqlarını davam etdirəcək.