Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialı başlayıb İdman

Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialı başlayıb

Bu gün Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialının açılış mərasimi baş tutub.

Apasport.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, Azərbaycan Şahmat Federasiyasının prezidenti, FİDE-nin vitse-prezidenti Mahir Məmmədov, Təşkilat Komitəsinin sədri, Vüqar Həşimovun atası Qasım Həşimov da tədbirdə iştirak ediblər.
Daha sonra isə püşkatma mərasimi baş tutub.

Qeyd edək ki, turnirdə ölkəmizi 3 şahmatçı təmsil edəcək. Bunlar milli komandanın üzvləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Aydın Süleymanlıdır.