Avropa Liqası: “Tottenhem” “Qarabağ”ı məğlub edib - VİDEO İdman

Avropa Liqası: “Tottenhem” “Qarabağ”ı məğlub edib - VİDEO

Azərbaycan çempionu “Qarabağ” növbəti avrokubok oyununu keçirib.

İdman.biz xəbər verir ki, Ağdam klubu Avropa Liqasının yeni formatda keçirilən Liqa mərhələsində mübarizəyə başlayıb.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda I turda “Tottenhem”lə qarşılaşıb. İngiltərə klubu ilə matç Londonda baş tutub.

Qarşılaşma “Tottenhem”in qələbəsi ilə bitib - 3:0.

Qeyd edək ki, “Qarabağ” II turun oktyabrın 3-də keçiriləcək oyununda “Malmö”nü qəbul edəcək.

Avropa Liqası
Liqa mərhələsi
I tur, 26 sentyabr
23:35. “Tottenhem” – “Qarabağ” - 3:0
Qollar:
Brennan Conson, 12. Pape Matar Sarr, 53. Dominik Solanke, 68
Qırmızı vərəqə: Radu Draqusin, 7
Toral Bayramov penaltidən istifadə edə bilməyib, 57
Baş hakim: Villi Delayod (Fransa)
"Tottenhem": 1. Quqlielmo Vikario, 15. Lukas Berqvall, 8. Yves Bissuma, 33. Ben Deyvis, 6. Radu Draqusin, 14. Arçie Qrey, 22. Brennan Conson, 29. Pape Matar Sarr, 37. Mikki Van de Ven, 7. Son Xın Min, 19. Dominik Solanke.
Ehtiyat oyunçular: 40. Brendan Ostin, 30. Rodriqo Bentankur, 20. Freyser Foster, 21. Deyan Kulusevski, 42. Uill Lankşear, 13. Destini Udodji, 10. Ceyms Meddison, 47. Mikey Mur, 23. Pedro Porro, 16. Timo Verner.
Baş məşqçi: Ange Postekoqlu
"Qarabağ": 99. Mateuş Koxalski, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 10. Abdullah Zubir, 66. Patrik Andrade, 7. Yassin Benzia, 18. Olavio Juninyo, 2. Mateus Silva, 6. Julio Romao
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 20. Riçard Almeyda, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə, 81. 8. Marko Yankoviç, 15. Leandro Andrade, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai
Baş məşqçi: Qurban Qurbanov
“Tottenhem Hotspur” stadionu