Suriya həbsxanalarındakı qorxunc alətlər - Video
20 Dekabr 23:20
20 Dekabr 23:20
Qılıncoynatmanın şpaqa növü üzrə yeniyetmələrdən ibarət Azərbaycan milli komandasının üzvü Vahab Fətullayev İsveçin Örebro şəhərində keçirilən beynəlxalq turnirdə qızıl medal qazanıb.
Xalqcebhesi.az xəbər verir ki, qrup mərhələsini 5 qələbə ilə başa vuran şpaqaçımız 17 yaşadək oğlanların fərdi mübarizəsində pley-offa yüksəlib. Finala gedən yolda Norveç, Danimarka, Estoniya və İsveçi təmsil edən rəqiblərinə qalib gələn V.Fətullayev həlledici qarşılaşmada Filip Zimmermana (İsveç) 15:10 hesabı ilə qalib gələrək fəxri kürsünün ilk pilləsində yer alıb.
Qeyd edək ki, beynəlxalq turnirdə 10 ölkədən ümumilikdə 100-ə yaxın idmançı mübarizə aparıb.