"Bayer"in ulduzu hansı komandaya keçmək istəyir? İdman

"Bayer"in ulduzu hansı komandaya keçmək istəyir?

“Bayer"in futbolçusu Florian Virtz gələcək klubu ilə bağlı qərarını verib.

Xalqcebhesi.az “Sky Sports”a istinadən xəbər verir ki, 21 yaşlı almaniyalı futbolçu "Bavariya"ya transfer olmaq istəyir. Futbolçunun çoxsaylı təkliflər almasına baxmayaraq, Bundesliqada qalmağa üstünlük verdiyi bildirilir. "Bavariya"nın bu transferi 100 milyon avroya tamamlaya biləcəyi qeyd olunur.

Qeyd edək ki, Florian Virtz bu mövsüm Leverkuzen təmsilçisinin heyətində 10 matça çıxaraq 6 qol vurub və 1 qolun ötürməsini edib.