Roman Qriqorçuk “Neftçi” azarkeşlərinə təşəkkür edib, istefa barədə danışmaq istəməyib İdman

Roman Qriqorçuk “Neftçi” azarkeşlərinə təşəkkür edib, istefa barədə danışmaq istəməyib

İki gün öncə “Neftçi” ilə yollarını ayıran Roman Qriqorçuk paytaxt təmsilçisinin azarkeşlərinə təşəkkür edib.

Ukraynalı mütəxəssis AZƏRTAC-a açıqlamasında klubda çalışdığı insanlara minnətdarılığını bildirib.

Amma 59 yaşlı çalışdırıcı komandadan gedişi barədə hələlik danışmaq istəmədiyini söyləyib.

Qeyd edək ki, Roman Qriqorçuk bu mövsümün əvvəlində “Neftçi” ilə 2 illik müqavilə imzalamışdı. “Ağ-qaralar” onun rəhbərliyi altında Misli Premyer Liqasında meydana çıxdığı 9 oyunun heç birində qələbə qazana bilməyib. Komanda hazırda 5 xalla 9-cu pillədə qərarlaşıb.