"Neftçi"dən gözlənilməz qərar: Məşhur məşqçi dəvət edildi İdman

"Neftçi"dən gözlənilməz qərar: Məşhur məşqçi dəvət edildi

Roman Qriqorçukla yolları ayıran "Neftçi" rəhbərliyi tezliklə yeni baş məşqçinin kimliyini açıqlayacaq.

Xalqcebhesi.az Sportinfo.az-a istinadən xəbər verir ki, "ağ-qaralar" paralel olaraq iki namizədlə danışıqlar aparır.

"Sumqayıt"ın çalışdırıcısı Samir Abasovla yanaşı, Abdullah Avcı da paytaxt təmsilçisinin gündəmində yer alıb.

Avqustun 31-də "Trabzonspor"dan ayrılan mütəxəsislə danışıqlara başlayıb. O, təcili olaraq Bakıya dəvət olunub.

Qeyd edək ki, Avcı 2020-ci ilin noyabrından 2023-cü ilin mart ayınadək "Trabzonspor"a baş məşqçilik edib. Daha sonra 2023-cü ilin oktyabrında komandaya gətirilmişdi. "Qara dənizlilər" onun rəhbərliyi altında 1 dəfə ölkə çempionu olub, 2 dəfə Türkiyə Superkubokunu qazanıb.

Qara dəniz təmsilçisinə 38 ildən sonra Super Liqanın qızıl medallarını bəxş edən Avcı cari mövsüm cəmi 1 oyuna çıxıb və rəhbərliklə arasında yaranan fikir ayrılığına görə vəzifəsini tərk eləyib.

Avcı daha əvvəl Türkiyə millisi və "Beşiktaş"ın baş məşqçisi olub.