Azərbaycan Basketbol Federasiyasının prezidenti: "Maraqlı mövsüm olacaq" İdman

Azərbaycan Basketbol Federasiyasının prezidenti: "Maraqlı mövsüm olacaq"

Maraqlı mövsüm olacaq.

"Report" xəbər verir ki, bunu Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev Basketbol Liqasının yeni mövsümünün açılışına həsr edilmiş tədbirdə deyib.

Prezident, daha maraqlı mövsüm gözlədiklərini vurğulayıb:

"Bilirsiniz ki, Azərbaycan Basketbol Liqasına bu il daha iki klub qoşulub. Bundan başqa format dəyişikliyi olub. A və B qruplarına bölünüb. Hər bir komandanın çempion olmaq imkanı var. Bu, yalnız A qrupuna aid deyil. Bəzən bunu güclülər liqası və ikinci dəstə kimi başa düşmək səhvdir. Sadəcə çempionat daha çox oyun keçirrilməsi məqsədilə belə təşkil olunub. Daha çox oyun olanda, çempionat da maraqlı keçəcəyini gözləyirik. Təxminən 8 gündən sonra çempionat başlayır. Mənim üçün kimin çempion olmasının fərqi yoxdur. Güclü kmdirsə, o da qalib gəlsin".

O, yeni formatla bağlı bunları söyləyib:

"Çempionat elə qurulub ki, birinci "altılıq"dan 3, ikinci "altılıq"dan 1 komanda birbaşa pley-offa vəsiqə qazanacaq. Qalan komandalar pley-in mərhələsində oynayacaq. Qaliblər, yəni 8 komanda pley-offa vəsiqə əldə edəcək. Orada da qalib gələnlər növbəti mərhələyə yüksələcək, daha sonra ilk "altılıq" müəyyənləşəcək".

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında 2024/2025 mövsümünə oktyabrın 18-də start veriləcək.