Azərbaycanın basketbol klubları yoxlama görüşündə üz-üzə gəliblər İdman

Azərbaycanın basketbol klubları yoxlama görüşündə üz-üzə gəliblər

Azərbaycan Basketbol Liqası təmsilçilərindən "Abşeron" və "Gəncə" kollektivləri yoxlama görüşündə üz-üzə gəliblər.

Xalqcebhesi.az xəbər verir ki, qarşılaşma 79:69 hesabı ilə birincilərin xeyrinə başa çatıb.

Oyun Bakı İdman Sarayında keçirilib.

Qeyd edək ki, "Abşeron" daha əvvəl yoxlama matçında "Naxçıvan"a 84:82 hesabı ilə qalib gəlib. "Gəncə" isə "Neftçi"yə 77:84 hesabı ilə məğlub olub.