Braziliyalı əfsanə futbola qayıdır İdman

Braziliyalı əfsanə futbola qayıdır

Xalqcebhesi.az xəbər verir ki, Ronaldinyo yaşıl meydanlara həm oyunçu, həm də klub sahibi kimi qayıdır. Bu barədə "Foot Mercato" məlumat yayıb.

44 yaşlı əfsanə Şimali Amerikanın III Liqasında çıxış edən "Greenville Triumph"u daha öncə də iş birliyi etdiyi yatırım qrupu ilə birlikdə satın alıb. Ronaldinyo komandanı idarə etməklə yanaşı oyunçu kimi matçlarda çıxış da edəcək.

Qeyd edək ki, dünya ulduzu karyerası ərzində 561 qarşılaşmada forma geyindi. O, 202 qola və 171 məhsuldar ötürməyə imza atıb.