Suriya həbsxanalarındakı qorxunc alətlər - Video
20 Dekabr 23:20
20 Dekabr 23:20
Səmimi qarşılanmaya görə Azərbaycan xalqına təşəkkür edirəm.
Xalqcebhesi.az xəbər verir ki, Azərbaycana səfəri çərçivəsində “Qarabağ”ın qonağı olan Almaniya millisinin və İspaniya "Real Madrid"inin sabiq futbolçusu Məsud Özil deyib.
"İstanbul şəhərində mənim adıma futbol akademiyası açılacaq. Həmin məktəbdə azərbaycanlı oyunçuların da olmasını istəyirəm. Əsas məqsədim Azərbaycan və Türkiyədə olan uşaqlara futbolun sirlərini öyrətməkdir. İnanıram ki, bunu bacaracağıq", - Özil bildirib.
M.Özil 2018-ci ildə Avropa Liqasının qrup mərhələsində İngiltərənin "Arsenal" komandasının heyətində "Qarabağ"a qarşı keçirdiyi matçı da xatırlayıb: "Çox gözəl oyun olmuşdu. Hələ də həmin görüşü xatırlayıram".
Qeyd edək ki, Məsud Özil karyerası ərzində "Real Madrid"lə yanaşı, İngiltərənin "Arsenal" və Türkiyənin "Fənərbağça" kimi tanınmış komandalarının da formasını geyinib. O, 2014-cü ildə Almaniya millisinin heyətində Braziliyada keçirilmiş dünya çempionatının qalibi olub.