Yunanıstan klubu ölən futbolçunun maaşını ailəsinə ödəyəcək İdman

Yunanıstan klubu ölən futbolçunun maaşını ailəsinə ödəyəcək

Yunanıstanın "Panatinaikos" komandasının rəhbərliyi bir müddət əvvəl vəfat edən futbolçu Corc Baldokun müqavilədə qeyd olunan maaşlarını ailəsinə ödəyəcək.

Xalqcebhesi.az "Daily Mail"ə istinadən xəbər verir ki, klub müqavilə şərtlərini tam olaraq yerinə yetirməyə hazırdır.

"Ağ-yaşıllar" gələn il 32 yaşında ölən futbolçunun xatirəsinə həsr olunan yoldaşlıq görüşü keçirəcək.

Qeyd edək ki, Corc Baldok Yunansıtan millisinin heyətində 12 oyunda meydana çıxmışdı.