Millətlər Liqası: Polşa Xorvatiyanı, Şotlandiya Portuqaliyanı sınağa çəkəcək İdman

Millətlər Liqası: Polşa Xorvatiyanı, Şotlandiya Portuqaliyanı sınağa çəkəcək

Bu gün UEFA Millətlər Liqasında IV turun oyunlarına yekun vurulacaq.

AZƏRTAC xəbər verir ki, A və C Liqalarında ümumilikdə 8 qarşılaşma baş tutacaq.

A Liqasında Polşa yığması Xorvatiyanı sınağa çəkəcək. Qrupun digər görüşündə isə Portuqaliya seçməsi səfərdə Şotlandiyanın qonağı olacaq. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

A liqası, I qrup

22:45. Polşa – Xorvatiya

22:45. Şotlandiya – Portuqaliya

A liqası, IV qrup

22:45. İspaniya – Serbiya

22:45. İsveçrə - Danimarka

C liqası, II qrup

22:45. Kosovo - Kipr

22:45. Litva – Rumıniya

C liqası, III qrup

22:45. Belarus – Lüksemburq

22:45. Şimali İrlandiya – Bolqarıstan