Azərbaycan klubu paraqvaylı futbolçu ilə müqavilə imzalayıb İdman

Azərbaycan klubu paraqvaylı futbolçu ilə müqavilə imzalayıb

“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.

Klubdan Xalqcebhesi.az-a verilən məlumata görə, Naxçıvan təmsilçisi Sezar Meza Kolli ilə anlaşıb.

Azad agent statusuna malik 33 yaşlı yarımmüdafiəçi bu mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək.

Qeyd edək ki, paraqvaylı futbolçu peşəkar karyerası ərzində İtaliyanın “Çezena” və “Pavia”, İspaniyanın “Alaves”, Azərbaycanın “İnter” (hazırkı “Şamaxı”), “Neftçi” və “Zirə” klublarının formasını geyinib.