İngiltərənin U21 yığması Azərbaycan millisini böyük hesabla məğlub edib İdman

İngiltərənin U21 yığması Azərbaycan millisini böyük hesabla məğlub edib

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün sonuncu oyununa çıxıb.

Millimiz Bristol şəhərində İngiltərənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Görüş britaniyalıların inamlı qələbəsi ilə nəticələnib. "Üç şirlər" yığmamızı 7:0 hesabı ilə darmadağın edib.