UEFA-dan Juninyo ilə bağlı paylaşım - Video İdman

UEFA-dan Juninyo ilə bağlı paylaşım - Video

UEFA Avropa Liqasının rəsmi İnstaqram səhifəsi “Qarabağ”ın hücumçusu Olavio Juninyo ilə bağlı paylaşım edib.

Xalqcebhesi.az xəbər verir ki, paylaşılan videoda braziliyalı hücumçunun bu ilin mart ayında Avropa Liqasının 1/8 finalında Bakıda “Bayer”lə (Almaniya) keçirilən görüşdə (2:2) vurduğu qol əks olunub.

Videoya "Qüsursuz səviyyə” başlığı verilib.

Qeyd edək ki, Juninyonun qolunu videonun 6.35-ci dəqiqəsindən izləyə bilərsiniz.