Onilliyin ən yaxşıları: “Qarabağ” “Qalatasaray”dan öndə... İdman

Onilliyin ən yaxşıları: “Qarabağ” “Qalatasaray”dan öndə...

Klubların 10 illik UEFA reytinqi açıqlanıb.

Xalqcebhesi.az İdman.biz-ə istinadən xəbər verir ki, son 10 mövsümün ən yaxşıları arasında “Qarabağ” da yer alıb.

Qurban Qurbanovun yetirmələri 2015-24-cü illəri əhatə edən siyahıda “Top-100”ə düşüblər. Azərbaycan çempionu bu müddətdə 53,000 xal toplayıb.

“Qarabağ” Təl-Əviv “Makkabi”si ilə birlikdə 63-64-cü yerləri bölüşür. Türkiyə “Qalatasaray”ı siyahda 65-cidir.

Qeyd edək ki, cədvələ 261,000 xala malik “Real” başçılıq edir.