İngiltərə Premyer Liqası: “Mançester Yunayted” qələbə qazanaraq ilk onluğa qayıdıb İdman

İngiltərə Premyer Liqası: “Mançester Yunayted” qələbə qazanaraq ilk onluğa qayıdıb

İngiltərə Premyer Liqasının 8-ci turu çərçivəsində “Mançester Yunayted” “Brentford”u qəbul edib.

Xalqcebhesi.az xəbər verir ki, “Old Trafford”da baş tutmuş qarşılaşmanı baş hakim Semuel Berrot idarə edib.

Oyunda hesabı qonaqlar açıb: ilk hissəyə əlavə edilmiş dəqiqədə yamaykalı İtan Pinnok qapıçı Onananı məyus edib – 0:1. İkinci hissəyə fəal başlayan “qırmızı şeytanlar” artıq 47-ci dəqiqədə status-kvonu bərpa ediblər: 20 yaşlı Alexandro Qarnaço Markus Reşfordun ötürməsindən maksimum yaralanıb – 1:1. Matçda son nöqtəni isə 62-ci dəqiqədə ev sahiblərinin danimarkalı hücumçusu Rasmus Höylunn qoyub – 2:1.

Beləliklə, Erik ten Haqın yetirmələri səkkiz turdan sonra 10-cu pilləyə yüksəliblər. “Qırmızı şeytanlar”ın 11 xalı var. “Brentford” isə bu məğlubiyyətdən sonra 12-ci pilləyə yuvarlanıb. “Arılar” səkkiz oyuna 10 xal qazanıblar.

Xatırladaq ki, İngiltərə Premyer Liqasının turnir cədvəlinə 18 xalla “Liverpul” başçılıq edir. Onun ən yaxın təqibçiləri “Mançester Siti” və “Arsenal”dır ki, onların hər birinin 17 xalı var.