Altıqat olimpiya çempionu xərçəngin son mərhələsində... İdman

Altıqat olimpiya çempionu xərçəngin son mərhələsində...

Altıqat olimpiya çempionu ser Kris Hoy prostat xərçənginin sonuncu mərhələsini yaşayır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə idmançı özü açıqlamasında deyib.

“Doğulmuşuq, bir gün də öləcəyik və bütün bunlar prosesin sadəcə bir hissəsidir”, - idmançı bildirib.

Hoy həkimlərə ona bir az da uzun yaşamağa kömək edəcək dərmanlar yazdıqları üçün təşəkkür edib.

Qeyd edək ki, ötən ilin sentyabrında altıqat olimpiya çempionunda xərçəng şişləri aşkarlanmışdı.