Boksçularımız Avropa ikincisi oldular İdman

Boksçularımız Avropa ikincisi oldular

18:02

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə Avropa çempionatında 48 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan millisinin üzvü Tural Sarıyev gümüş medal qazanıb.

Bu barədə Xalqcebhesi.az-a Azərbaycan Boks Federasiyasından bildirilib.

İlk iki görüşündə Laşa Kereselidze (Gürcüstan) və Samet Oruc Salihi (Türkiyə) məğlub edən T.Sarıyev finalda Luis Runi (İrlandiya) ilə üz-üzə gəlib. Görüş rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşdığından Tural Avropa çempionatını ikinci yerdə bitirib.

Bu, Azərbaycan millisinin yarışda qazandığı ikinci medal olub. T.Sarıyevdən öncə Marjona Savriyeva (50 kq) bürünc mükafata yiyələnib.

Qeyd edək ki, bu gün yığmanın daha 2 boksçusu final qarşılaşmasına çıxacaq.

***

Azərbaycan millisinin daha bir üzvü Bolqarıstanın paytaxtı Sofiyada keçirilən 23 yaşadək boksçular arasında Avropa çempionatının gümüş medalını qazanıb.

Yığmamızın aktivinə növbəti mükafatı Nicat Hüseynov yazdırıb.

51 kq-da çıxış edən boksçumuz fəxri kürsünün 2-ci pilləsinə qalxıb.

Qeyd edək ki, bu gün yığmamızın daha 1 boksçusu final qarşılaşmasına çıxacaq.