“Mançester Siti” yeni rekorda imza atıb İdman

“Mançester Siti” yeni rekorda imza atıb

"Mançester Siti" İngiltərə Premyer Liqasında ardıcıl 31-ci matçı məğlubiyyətsiz başa vuraraq klub rekorduna imza atıb.

Xalqcebhesi.az xəbər verir ki, "şəhərlilər" bu nailiyyəti “Vulverhempton”la oyunda əldə edib.

Belə ki, görüş 2:1 hesabı ilə başa çatıb. Yoşko Qvardiol və Con Stounz dəqiq zərbələrlə fərqləniblər.

"Vulverhempton"un heyətində isə Strand Larsen yeganə qola imza atıb. "Mançester Siti" qələbə qolunu ikinci hissənin əsas vaxtında vurub.

"Mançester Siti" növbəti turda "Sauthempton"la qarşılaşacaq, görüş oktyabrın 26-da baş tutacaq.