“Qarabağ” – “Ayaks” oyunu üçün satılmış biletlərin sayı açıqlanıb İdman

“Qarabağ” – “Ayaks” oyunu üçün satılmış biletlərin sayı açıqlanıb

UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Ayaks" (Niderland) oyununa bilet satışı davam edir.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, artıq matça 20 min 200 bilet satılıb.

Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir. VVIP C və VVIP D sektorlara biletlərin qiyməti isə 300 manatdır.

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.