"Qalatasaray"-"Elfsborq" oyununda 7 qol vuruldu İdman

"Qalatasaray"-"Elfsborq" oyununda 7 qol vuruldu

18:30

Avropa Liqasının liqa mərhələsinin 3-cü turunda "Qalatasaray" (Türkiyə) öz meydanında "Elfsborq"la (İsveç) qarşılaşır.

***

İkardi görüşün 28-ci dəqiqəsində "Qalatasaray"ı hesabda önə çıxardı: 1-0.

***

Bardaqçı 39-cu dəqiqədə fərqi artırdı: 2-0.

***

Barış 44-cü dəqiqədə fərqi üçə çatdırdı: 3-0.

***

Hult 53-cü dəqiqədə fərqi azaltdı: 3-1.

***

Baidoo 65-ci dəqiqədə penaltidən qonaqların ikinci qolunu vurdu: 3-2.

***

84-cü dəqiqədə Yunus komandasının dördüncü qolunu vurdu: 4-2.

***

92-ci dəqiqədə Larson fərqi yenidən birə endirdi: 4-3.

***

"Qalatasaray" öz meydanında "Elfsborq"u 4-3 məğlub etməklə qrupda xallarının sayını 7-yə çatdırdı.