"Qarabağ" "Ayaks"a məğlub oldu İdman

"Qarabağ" "Ayaks"a məğlub oldu

20:03

UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunda baş tutacaq “Qarabağ” – "Ayaks" (Niderland) matçından əvvəl komandaların start heyətləri açıqlanıb.

Xalqcebhesi.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun 20:45-də başlayacaq.

Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:

"Qarabağ": Mateuş Koxalski, Abbas Hüseynov, Bədavi Hüseynov, Kevin Medina, Julio Romao, Marko Yankoviç, Leandro Andrade, Yassin Benzia, Abdullah Zubir, Juninyo.

"Ayaks": Remko Pasver, Yorrel Hato, Yosip Şutalo, Daniele Ruqani, Devayn Renç, Kennet Teylor, Cordan Henderson, Kian Fitç Cim, Mika Qodts, Vaut Herqorst, Kristian Ramussen.

***

"Qarabağ" - "Ayaks" (Niderland) oyunu start götürüb.

Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Matçı şotlandiyalı baş hakim Nikolas Uolş idarə edir.

***

"Qarabağ" - "Ayaks" (Niderland) oyununda Ağdam təmsilçisinin futbolçusu birbaşa qırmızı vərəqə alıb.

Görüşün 15-ci dəqiqəsində Julio Romao kobud oyuna görə meydandan qovulub.

Matçı şotlandiyalı baş hakim Nikolas Uolş idarə edir.

***

Qonaq komandanın oyunçusu Teylor 36-cı dəqiqədə hesabı açıb: 0 - 1

***

Matçda qonaqlar üstünlüyünü iki topa çatdırıb: 0 - 2

74-cü dəqiqədə Veqorts penalti zərbəsini dəqiq yerinə yetirib.

***

Matçda 3-cü qol vurulub.

77-ci dəqiqədə Çuba Akpom dəqiq zərbə müəllifi olub.

***

Ağdam təmsilçisinin daha bir futbolçusu qırmızı vərəqə ilə cəzalandırılıb.

Tofiq Bəhramov adına Respublika stadionundakı matçda Elvin Cəfərquliyev 79-cu dəqiqədə ikinci sarı vərəqənin ardından qırmızı vərəqə görüb.

***

“Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunda "Ayaks"a (Niderland) məğlub olub.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilirən oyun qonaq komandanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiiy kollektiv Avropa Liqasındakı növbəti oyununu noyabrın 7-də Norveç təmsilçisi “Bodo Qlimt”ə qarşı keçirəcək.