"Turan" qalib gələrək "Qarabağ"la liderliyə şərik oldu İdman

"Turan" qalib gələrək "Qarabağ"la liderliyə şərik oldu

Misli Premyer Liqasında "Turan Tovuz" "Kəpəz"ə qalib gəlib.

Xalqcebhesi.az xəbər verir ki, XI turun açılış matçında Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv doğma meydanda 2:1 hesablı qələbəyə sevinib.

Qeyd edək ki, qələbə sayəsində "Turan Tovuz" xallarının sayını 24-ə çatdırıb. Bununla da Tovuz təmsilçisi lider "Qarabağ"la xallarını bərabərləşdirib. "Kəpəz" isə 3 xalla sonuncu sırada yer alır.

Tura oktyabrın 26-27-də keçiriləcək oyunlarla yekun vurulacaq.