“Qızıl top”un nəticələri mətbuata sızıb? İdman

“Qızıl top”un nəticələri mətbuata sızıb?

"Qızıl top" mükafatı ərəfəsində İspaniya mətbuatında səsvermənin nəticələrinin sızması ilə bağlı məlumatlar yayılıb.

Xalqcebhesi.az xəbər verir ki, versiyaya görə, ən nüfuzlu şəxsi mükafatın sahibi "Real"ın braziliyalı vingeri Vinisius Junior olacaq . İkinci yeri “Mançester Siti”dən Rodri, üçüncü yeri isə “Real”dan Cud Bellinqem tutduğu güman edilir.

Mediaya sızan ikinci reytinq fərqli mənzərəni göstərir. Buna əsasən, "Qızıl top"un qalibi "Mançester Siti"nin yarımmüdafiəçisi Rodri olacaq. Vinisius 2-ci, Bellinqem isə yenə 3-cü yeri tutacaq.

Qeyd edək ki, "Qızıl top"un təqdimetmə mərasimi bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.