"Qalatasaray" " Beşiktaş"ı məğlub etdi İdman

"Qalatasaray" " Beşiktaş"ı məğlub etdi

Türkiyə Superliqasında X turun mərkəzi görüşü keçirilib.

Xalqcebhesi.az xəbər verir ki, prinsipial oyunda “Qalatasaray” “Beşiktaş”ı qəbul edib. Qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Cim-bom"un heyətində qolları Davinson Sançes və Viktor Osimhen vurublar. Qonaqların yeganə topuna isə Ernest Muçi imza atıb.

Bu nəticədən sonra xallarını 28-ə çatdıran "Qalatasaray" turnir cədvəlinə başçılıq edir. Rəqibindən bir matç az keçirən qonaqlar isə 20 xalla 4-cü sıradadır.