Şahin Diniyev istefa verdi İdman

Şahin Diniyev istefa verdi

"Səbail" klubunun baş məşqçisi Şahin Diniyev postundan istefa verib.

Xalqcebhesi.az-ın Report-a istinadən məlumatına görə, 58 yaşlı mütəxəssis qərarını Misli Premyer Liqasının XII turunda "Kəpəz"ə məğlubiyyətdən sonra açıqlayıb.

Qeyd edək ki, Tovuz şəhər stadionunda keçirilən "Kəpəz" - "Səbail" matçı Gəncə təmsilçisinin 1:0 hesabı qələbəsi ilə nəticələnib.