Türkiyənin futbol komandalarının avrokubok matçlarının hakimləri bəlli olub İdman

Türkiyənin futbol komandalarının avrokubok matçlarının hakimləri bəlli olub

Türkiyə təmsilçiləri "Qalatasaray", "Fənərbaxça", "Beşiktaş" və "Başakşehir"in avrokuboklarda bu həftə keçirəcəyi matçlar üçün hakim təyinatları açıqlanıb.

Xalqcebhesi.az xəbər verir ki, "Qalatasaray" - "Tottenhem" görüşünün referisi Laurens Visser olacaq. Ona Rien Venizer, Tibo Neyssen və Saymon Burdoui (dördüncü hakim) kömək edəcəklər. Adıçəkilən ədalət təmsilçiləri Belçikadandır.

"AZ Alkmaar" - "Fənərbaxça" qarşılaşması şotlandiyalılara tapşırılıb. Baş hakim Con Bitona Daniel Makferlen, Devid Makqiçi və Kalum Skoot (dördüncü hakim) kömək edəcək.

"Beşiktaş" - "Malmö" matçında almaniyalılar iş başında olacaq. Referi kimi Sven Yablonski, laynsnman kimi Lasse Koslovski və Eduard Beytinqer, dördüncü hakim kimi isə Tobias Rişel fəaliyyət göstərəcək.

"Kopenhagen" - "Başakşehir" oyununa niderlandlı hakimlər təyin olunub. Referi Joy Koija Yost van Zuilen, Patrik İnia və Aleks Bos (dördüncü hakim) kömək edəcək.

Qeyd edək ki, Avroliqanın Liqa mərhələsinin 4-cü turunda "Qalatasaray" evdə "Tottenhem"lə, "Fənərbaxça" səfərdə "AZ Alkmaar"la, "Beşiktaş" öz meydanında "Malmö" ilə üz-üzə gələcək. Konfrans Liqasının Liqa mərhələsinin 4-cü turunda isə "Başakşehir" "Kopenhagen"in qonağı olacaq.