"Sabah" "Bazel"ə məğlub oldu, avrokubokla vidalaşdı İdman

"Sabah" "Bazel"ə məğlub oldu, avrokubokla vidalaşdı

"Sabah"ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasının II təsnifat mərhələsində mübarizəni dayandırıb.

Xalqcebhesi.az xəbər verir ki, Bakıda İsveçrə təmsilçisi "Bazel" komandası ilə üz-üzə gələn Adino Mustedanaqiçin baş məşqçisi olduğu kollektiv 1:2 hesabı ilə məğlub olub.

Azərbaycan klubunun yeganə qoluna 89-cu dəqiqədə Anar Hüseynov imza atıb.

Qeyd edək ki, ilk matçda "Bazel" 6:0 hesablı qələbə qazanmışdı.