Türkiyə Futbol Federasiyası Joze Mourinyonu bir oyunluq cəzalandırıb İdman

Türkiyə Futbol Federasiyası Joze Mourinyonu bir oyunluq cəzalandırıb

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyonu cəzalandırıb.

Xalqcebhesi.az xəbər verir ki, qurum portuqaliyalı mütəxəssisi 1 oyunluq diskvalifikasiya edib. Bu barədə TFF-nin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Joze Mourinyo Super Liqanın 11-ci turunun "Trabzonspor"la matçından sonra azarkeşlərə jestlər edib, həmçinin hakimlər barədə sərt ifadələr işlədib. Məşqçi həmçinin, 958 min TL cərimə olunub.