
Ən çox silah alan ölkələr: Azərbaycan neçəncidir? - Siyahı
15 Aprel 23:33
15 Aprel 23:33
15 Aprel 21:14
15 Aprel 16:55
Çempionlar Liqası və Avropa Liqasında IV, Konfrans Liqasında III turun oyunları klubların reytinqində dəyişikliklərə səbəb olub, Azərbaycan təmsilçisi "Qarabağ" Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) reytinqindəki mövqeyini itirib.
Xalqcebhesi.az Oxu.az-a istinadən xəbər verir ki, Norveçdə "Budyo-Qlimt"ə 1:2 hesabı ilə qalib gələn Qurban Qurbanovun komandası 61-ci pillədə qərarlaşıb.
Ağdam klubunun hesabında 32,000 xal var. "Qarabağ"ın xallarının artmaması Liqa mərhələsində zəruri olan göstəriciyə çatmaması ilə bağlıdır. Belə ki, qələbəyə görə 2 xal prinsipi ilə 3 xal topladıqdan sonra hesabı artırmaq mümkündür. Bir qələbəsi olan Azərbaycan çempionu yalnız növbəti qələbə ilə aktivini zənginləşdirəcək.
Buna görə də ötən ay 58-ci yerdə qərarlaşan "Qarabağ" üç addım geriləyib. "Qalatasaray", "Ferentsvaroş" və "Seltik" təmsilçimizi qabaqlayıb.
Amma "Qarabağ" yenə "Aston Villa", "Yunion", "Lion", "Sparta", "Viktoriya" və "Frayburq" kimi komandaları qabaqlayır.
"Neftçi" 8,000 xalla 171-ci yerdədir. Digər klublarımız - "Zirə", "Sabah", "Sumqayıt" 4,000 xalla 310-cu, "Qəbələ" və "Şamaxı" 3,925 xalla 323-cü yeri bölüşənlər arasındadır.
Qeyd edək ki, siyahıya 134,000 xala malik "Mançester Siti" başçılıq edir.