“Mançester Yunayted”in yeni baş məşqçisi 7 futbolçunun göndərilməsini istəyir İdman

“Mançester Yunayted”in yeni baş məşqçisi 7 futbolçunun göndərilməsini istəyir

İngiltərənin “Mançester Yunayted” komandası 7 futbolçu ilə yollarını ayırmağı planlaşdırır.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın portuqaliyalı yeni baş məşqçisi Ruben Amorim müdafiəçilər Viktor Nilsson Lindelöf, Conni Evans, Tayrel Malasiya və Harri Maquayer, həmçinin yarımmüdafiəçilər Kazemiro, Kristian Eriksen və cinah oyunçusu Amad Diallonu sərancamında görmək istəmir.

Evans, Lindelöf, Maquayer, Eriksen və Diallonun müqavilələri mövsümün sonunda, Kazemiro və Malasiyanın sözləşmələrinin müddəti isə 2026-cı ilin yayında başa çatacaq.