“Sabah” baş məşqçisi ilə vidalaşıb İdman

“Sabah” baş məşqçisi ilə vidalaşıb

“Sabah” komandası baş məşqçisi Krunoslav Renduliçlə yollarını ayırıb.

Klubun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, xorvatiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, “Sabah” Misli Premyer Liqasında 19 xalla beşinci sırada qərarlaşıb.