“Türkiyənin F-35-ə qayıdışı strateji balans tələb edir”
13 Dekabr 20:31
13 Dekabr 20:31
13 Dekabr 20:29
12 Dekabr 15:40
1 Dekabr 2024 20:58
4 109
19:00
Misli Premyer Liqasının XV turundakı "Neftçi" - "Qarabağ" oyunu başlayıb.
Xalqcebhesi.az xəbər verir ki, "Neftçi Arena"dakı qarşılaşma saat 19:00-da start götürüb.
Matçı FIFA referisi Əliyar Ağayev idarə edir.
Rəqiblərindən bir oyun az keçirən Ağdam təmsilçisi 34 xalla ikinci pillədə qərarlaşıb. Paytaxt klubu 13 xalla 7-ci sıradadır.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Araz-Naxçıvan" "Turan Tovuz"u, "Sabah" "Səbail"i, "Kəpəz" "Şamaxı"nı 1:0, "Zirə" isə "Sumqayıt"ı 4:1 hesabı ilə məğlub edib.
***
27-ci dəqiqədə Andrade hesabı açıb: 0 - 1
***
"Neftçi" - "Qarabağ" oyununda ikinci qol vurulub.
Ağdam təmsilçisi hesab arasındakı fərqi artırıb - 2:0.
"Köhlən atlar"ın heyətində 53-cü dəqiqədə Nəriman Axundzadə fərqlənib.
***
"Köhlən atlar"ın heyətində Leandro Andrade 56-cı özünün ikinci, komandasının üçüncü qoluna imza atıb.
***
"Qarabağ" Misli Premyer Liqasında "Neftçi"ni məğlub edib.
Qarşılaşma "köhlən atlar"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Turnir cədvəlinin birinci pilləsində qərarlaşan "Qarabağ" xallarının sayını 37-yə çatdırıb. "Ağ-qaralar" 13 xalla 8-ci sıradadır.
12 Dekabr 18:05
2 086
12 Dekabr 18:04
1 904
12 Dekabr 17:04
1 960