Çexiyada Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş futbol turniri keçirilib İdman

Çexiyada Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş futbol turniri keçirilib

Çexiyanın Praqa şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “Land of Fire” cəmiyyəti və Çexiya Futbol Federasiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş Xarıbülbül Beynəlxalq Futbol Turniri keçirilib.

AZƏRTAC xəbər verir ki, turnirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Ukrayna, Moldova, Çexiya və digər Avropa ölkələrini təmsil edən komandalar yarışıblar.

Finalda azərbaycanlılardan ibarət “Charles United” və ukraynalılardan ibarət “Dubove” komandası üz-üzə gəlib. Hər iki komandanın oyunçuları “Biz müharibə yox, sülh istəyirik” şüarı yazılan lövhələrlə oyun meydançasına daxil olublar.

Həlledici qarşılaşma “Dubove” komandasının qələbəsi ilə başa çatıb. Qalib komandaya mükafat təqdim olunub.