Azərbaycan çempionu olan boksçu: Hədəfim beynəlxalq yarışlardan ölkəmə medalla qayıtmaqdır İdman

Azərbaycan çempionu olan boksçu: Hədəfim beynəlxalq yarışlardan ölkəmə medalla qayıtmaqdır

"Yarış mənim üçün çətin keçdi".

AZƏRTAC xəbər verir ki, bu sözləri kişi boksçular arasında Azərbaycan çempionatında 48 kiloqram çəki dərəcəsində qızıl medal qazanan Sübhan Məmmədov deyib.

O, əldə etdiyi nəticəyə görə xoşbəxt olduğunu bildirib: "Həm yarımfinalda, həm də finalda 5:0 hesablı qələbə qazandım. Finaldakı rəqibim görüş zamanı yaxşı mübarizə apardı. Onu da təbrik edirəm. Gələcək hədəfim beynəlxalq yarışlardan Azərbaycana medalla qayıtmaqdır".

Qeyd edək ki, kişi boksçular arasında Azərbaycan çempionatına bu gün yekun vurulacaq. Qadın boksçuların yarışı isə artıq başa çatıb. İki çəki dərəcəsində medalçılar bəlli olub. Həmçinin 5 çəkidə Boks Federasiyasının seçmə turnirinin qalibləri müəyyənləşib.