Karate üzrə ölkə çempionatında ATU-nun tələbələri fərqlənib İdman

Karate üzrə ölkə çempionatında ATU-nun tələbələri fərqlənib

Dekabrın 15-də Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində Gənclər və İdman Nazirliyi və Azərbaycan Karate Federasiyasının birgə təşkilatçılığı ilə full kontakt karate üzrə ölkə birinciliyi və çempionatı keçirilib.

Çempionatda paytaxt Bakı ilə yanaşı, ölkənin müxtəlif regionlarından olan 300 idmançı iştirak edib. Azərbaycan Tibb Universitetinin “Təbib” idman klubunun karate bölməsində məşğul olan 5 nəfər tələbə-idmançı peşəkar idmançılar arasında keçirilən bu çempionatda öz güclərini sınayıb. Əməkdar məşqçi Qələndər Aslanovun yetirmələri olan tələbələr müxtəlif çəki dərəcələrində mükafata layiq görülüb. Belə ki, qadınlar arasında 55 kq çəki dərəcəsində Məhsa Palar bütün rəqiblərinə qalib gələrək I, Röşənək Muğanlı III, 65 kq çəkidə Zülfiyyə Məmmədli III, kişilər arasında 65 kq çəkidə Toğrul Abdullayev III və 75 kq çəki dərəcəsində Fuad Haqverdiyev III yerə layiq görülüb.

Qaliblər Gənclər və İdman Nazirliyinin təsis etdiyi medal və diplomla təltif olunub.