İsveçrədə idmançı qar uçqununda həlak oldu İdman

İsveçrədə idmançı qar uçqununda həlak oldu

İsveçrəli snoubordçu Sofi Hediqer qar uçqununda həlak olub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İsveçrə Xizək Federasiyası məlumat yayıb.

Faciəvi hadisə ötən gün İsveçrənin Aroza şəhərində baş verib.

Qeyd edək ki, 26 yaşlı idmançı 2008-ci il Pekin Olimpiadasında iştirak edib və 2023-cü il Qış Universiadasında snoubord kross növündə qızıl medal qazanıb.